Davamlı
Biznesinizin gündəlik iş prosesinə qoşulan kənar hüquq komandası. Davamlı əməkdaşlıq sayəsində fəaliyyətinizi və risklərinizi tanıyır, hər məsələni uyğun təcrübəyə malik hüquqşünasların iştirakı ilə idarə edirik.
ƏtraflıBağla
Daxili hüquqşünasın əsas üstünlüyü biznesi yaxından tanıması, gündəlik əlçatan olması və əvvəlki qərarların kontekstini bilməsidir. Lakin bir hüquqşünasın vaxtı, təcrübəsi və ixtisas dairəsi təbii olaraq məhduddur.
Aylıq hüquqi tərəfdaşlıq modeli daxili hüquqşünasın davamlılığını partnyorların rəhbərlik etdiyi hüquq komandasının bilik və təcrübəsi ilə birləşdirir.
Xidmət paketindən asılı olaraq, bir təcrübəli daxili hüquqşünasın aylıq əməkhaqqı ilə müqayisə oluna bilən büdcə daxilində müştəri bir şəxsin deyil, müxtəlif biznes-hüquq məsələləri üzrə çalışan və işlərə partnyorların şəxsən nəzarət etdiyi komandanın imkanlarına çıxış əldə edir.