← Bütün partnyorlar
Həmtəsisçi və idarəedici partnyor

Dilarə Qurbanova

Dilarə Qurbanova biznes hüququ üzrə ixtisaslaşan, 12 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünasdır. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Dilarənin əsas fəaliyyət istiqamətləri korporativ və kommersiya hüququ, müqavilələr, uyğunluq, hüquqi risklərin idarə edilməsi və biznes mübahisələridir.

Gurbanovas & Partners-in idarəedici partnyoru kimi firmanın strateji istiqamətini və peşəkar xidmət standartlarını müəyyən edir, mürəkkəb müştəri işlərinin keyfiyyətinə və partnyorlar arasında koordinasiyaya rəhbərlik edir.

Peşəkar təcrübə

Peşəkar fəaliyyətinin əsas hissəsini ölkənin aparıcı hüquq firmalarından birində keçirən Dilarə partnyor və idarəçi kimi hüquq komandasına rəhbərlik etmiş, yerli və xarici şirkətlərə korporativ və kommersiya məsələləri, müqavilələr və hüquqi risklər üzrə məsləhət, eləcə də mübahisələrin həlli üzrə təmsilçilik xidmətlərinin göstərilməsini təmin etmişdir.

Bundan əlavə, bir müddət dövlət qurumunda hüquq departamentinin hüquqi uyğunluq şöbəsinin müdiri vəzifəsini icra edərək qurumun fəaliyyətinin qanunvericiliyin tələblərinə, beynəlxalq öhdəliklərə və daxili standartlara uyğunlaşdırılmasını təmin etmiş, dövlət qurumlarının fəaliyyət mexanizmləri ilə yaxından tanış olmaq imkanı qazanmışdır.

Təhsil

  • Lund Universiteti — Avropa biznes hüququ üzrə magistr
  • Bakı Dövlət Universiteti — mülki və iqtisadi hüquq üzrə magistr
  • Bakı Dövlət Universiteti — hüquq üzrə bakalavr