Günel Natiq
Günel Natiq korporativ və kommersiya hüququ, sərhədlərarası əməliyyatlar, vergi məsələləri və biznes mübahisələri üzrə ixtisaslaşan, 7 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünasdır. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Peşəkar təcrübə
Peşəkar fəaliyyətinin ilk mərhələsində kommersiya və mülki mübahisələr üzrə ilkin hüquqi yardımın göstərilməsi və hüquqi sənədlərin hazırlanması, həmçinin dövlət satınalmaları üzrə yerli qanunvericiliyə uyğunluğun təmin edilməsi sahəsində təcrübə qazanan Günel daha sonra vergi orqanlarındakı əmək fəaliyyəti dövründə vergi qanunvericiliyinin tətbiqindən irəli gələn mürəkkəb hüquqi problemlərin həlli sahəsində ixtisaslaşmışdır.
Sonrakı əmək fəaliyyətini özəl sahədə dövlət əhəmiyyətli iri layihələrin icrasını həyata keçirən şirkətlər qrupunda aparıcı vəzifədə davam etdirəm Günel kommersiya müqavilələri üzrə hüquqi rəyin verilməsi, şərtlərinin razılaşdırılması zamanı şirkətin hüquqi mənafelərinin qorunması, korporativ yenidən təşkil və hüquqi şəxslərin qeydiyyatından irəli gələn məsələlərin həlli, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən iri tikinti layihələrinin bütün icra dövrü ərzində hüquqi və müqavilə risklərini idarə edilməsi, kommersiya mübahisələrinin danışıqlar, məhkəmə və mediasiya yolu ilə həlli istiqamətində tətbiqi bilik və bacarıqlara yiyələnmişdir.
Təhsil
- London Universitet Kolleci — korporativ hüquq üzrə magistr (“Müqayisəli korporativ idarəetmə” fənni üzrə "High Merit" nəticəsi )
- Bakı Dövlət Universiteti — hüquq üzrə bakalavr