Rəmziyyə Yüzbaşeva
Rəmziyyə Yüzbaşeva korporativ hüquq və idarəetmə, kommersiya müqavilələri, normativ uyğunluq və biznes mübahisələri üzrə ixtisaslaşan, 12 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünasdır.
Peşəkar təcrübə
Rəmziyyə peşəkar fəaliyyətinin ilk mərhələsində hüquq firmalarında çalışaraq şirkətlərin təsisi, korporativ sənədləşmə, müqavilə və əmək münasibətləri, eləcə də mübahisələrin hüquqi müşayiəti üzrə məsləhət vermişdir.
Çoxşaxəli şirkətlər qrupunda hüquq məsləhətçisindən korporativ və müqavilə hüququ bölməsinin rəhbəri vəzifəsinədək yüksəlmiş, hüquq komandasına və strateji hüquqi proseslərə rəhbərlik etmiş, mühüm kommersiya müqavilələrinin, korporativ idarəetmə və normativ uyğunluq proseslərinin, hüquqi risklərin və biznes mübahisələrinin idarə olunmasını təmin etmişdir.
Təcrübəsi kommersiya münasibətinin hüquqi modelinin qurulmasından müqavilə şərtlərinin razılaşdırılmasına, öhdəliklərin icrasının idarə edilməsindən mübahisələrin həllinədək bütün prosesləri əhatə edir.
Təhsil
- Bakı Dövlət Universiteti — hüquq üzrə bakalavr