← Bütün partnyorlar
Həmtəsisçi və partnyor
Ülviyyə Qurbanova
Ülviyyə Qurbanova korporativ hüquq, kommersiya və investisiya əməliyyatları, normativ uyğunluq və biznes mübahisələri üzrə ixtisaslaşan, 10 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünasdır.
Peşəkar təcrübə
Ülviyyə peşəkar fəaliyyətinə bank sektorunda başlayaraq bank və maliyyə tənzimlənməsi, korporativ restrukturizasiya və yeni maliyyə məhsullarının hüquqi müşayiəti üzrə təcrübə qazanmışdır.
Aparıcı hüquq firmalarında korporativ hüquq və normayaratma layihələri üzrə çalışmış, korporativ qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı layihələrdə iştirak etmişdir.
Çoxşaxəli şirkətlər qrupunda mühüm korporativ qərarlar, yerli və sərhədlərarası layihələr, müqavilə danışıqları və mürəkkəb mübahisələr üzrə hüquqi prosesləri idarə etmişdir.
Təhsil
- Kembric Universiteti — korporativ hüquq üzrə magistr (birinci dərəcə ilə məzun olmuş, Kembric Universitetinin Hüquq Fakültəsinin korporativ maliyyə hüququ üzrə mükafatına layiq görülmüşdür)
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası — hüquq üzrə bakalavr